<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Sadiq Rəhbərimiz, ey Müqəddəs Ruh İL208</title>
<lyrics>[V1]
 Sadiq Rəhbərimiz, ey Müqəddəs Ruh,
 Bizdən uzaqlaşma, daim yaxın ol,
 Öz əlinlə apar həyat yollarında.
 Daxildən səslənən saf, həzin bir səs
 Məhəbbətlə deyir: «Ey gücsüz yolçu,
 Mən səni evinə çatdıracağam.»

[V2]
 Sən vəfalı dostsan, arxa, dayaqsan,
 Hazırsan həmişə əl uzatmağa.
 Atanın Ruhusan, Məsihin Ruhu,
 Kömək, təsəlli üçün Göydən enmisən -
 Gəzməsin, azmasın xidmətkarların
 Burada gecənin qaranlığında.

[V3]
 İş günü bitəndə eşidəcəyik
 Möhtəşəm, sevincli o çağırışı.
 Sevinclə, nəğməylə və məhəbbətlə
 Göyə, evimizə toplaşacağıq.
 Bu axından bizi O keçirəcək,
 Deyəcək: «Bax, səni, ey qərib yolçu,
 Çatdırdım, nəhayət, mən öz evinə.»</lyrics>
<hymn_number>208</hymn_number>
</song>